• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 18.10.2022 12:03

"ABŞ Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiqdir"

KepezTV Player

ABŞ-ın Azərbaycandakı səfirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. "ABŞ Azərbaycanda və ümumilikdə, Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin olunmasına sadiqdir. Bu il Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 31 il ərzində enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik", - deyə təbrik mesajında bildirilib.