• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 18.10.2022 09:30

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

KepezTV Player

“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ikinci dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.Dünyanın aparıcı internet-axtarış saytı olan "Google" Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi "dudl" həsr edib. Azərbaycan bayrağını əks etdirən "dudl"a klik edərək istifadəçilər Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.