• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 17.10.2022 20:05

Xarici diplomatlar raket hücumu nəticəsində həlak olanların xatirəsini yad ediblər

KepezTV Player

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər edərək burada Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Diplomatlar abidə kompleksi önünə gül dəstələri düzərək Gəncəyə raket zərbələri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər.