• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 17.10.2022 20:23

Dəhşətli gecədən 2 il ötür

KepezTV Player

Vətən müharibəsi dövründə Gəncə dəfələrlə raket hücumuna məruz qaldı. İlk hücum 4 oktyabrda, daha sonra 5, 8, 11 və son olaraq 17 oktyabrda faciə yaşandı. Hücum nəticəsində hamısı mülki şəxslər şəhid oldu, yaralandılar. Növbəti sujetimizdə erməni terrorunun mülki qurbanı olan Maral Rüstəmova haqqında danışacağıq.
 

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə, qadağan olunmuş silahlardan, ballistik raketlərdən eləcədə kasetli bombalardan istifadə edilməklə atışə tutuldu. 17 oktyab 2020-ci il, son terror əməliyyatından bu gün 2 il ötür.

Uşaqdan böyüyə hər kəs isti yatağında, şirin yuxuya getmişdi. Onlar bilmirdi ki, bu gecə son gecədir. Onlar bilmirdi ki, bu dəfə də düşmən mülki əhalini, günahsız körpələri atəşə tutacaq. Erməninin xisləti belədir. 2020-ci ilin oktyabrın 17-si Gəncədə tək bir bölgə yox bir neçə ərazi atəşə tutuldu. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qaldı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 15 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı. Dünyasını dəyişən qadınlardan biri 3 uşaq anası olan Maral Rüstəmovadır. O, yuxuya gedəndə bilməzdi ki, gözlərini əbədi yumacaq.

O gün o evdə Maral xanımla yanaşı, 4 yaşlı nəvəsi, qızı və oğlu da yuxuya getmişdi, amma möcüzə nəticəsində torpağın altından çıxıb həyatda qaldılar. Dəhşətli gecəni isə belə xatırlayırlar.

Taleh bəyin sayəsində bacısı Aygün və onun qızı həyatda qalır. Müəyyən xəsarətlər alsalar da bu gün fiziki cəhətdən sağlamdılar. Psixoloji cəhətdən isə eyni fikri səsləndirə bilməyəcəm. O gecəni ailənin bütün üzvləri dəhşət içərisində xatırlayırlar.

Məqsədin nə olmasından asılı olmayaraq, ortada bir fakt var. Ermənilərin qürurla öyündükləri ordu anlayışını Azərbaycan xalq olaraq onlara sübut etdi. Hərb meydanında kimin-kim olduğu isbatlandı. Namərdlər isə dinc sakinləri, silahsız qadın və uşaqları hədəf aldı. Bizim ordumuz isə Gəncənin hədəfə alınmasına Füzulini işğaldan işğaldan azad etməklə cavab verdi.

Nərgiz Əhmədqızı