• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1097
— 17.10.2022 20:12

Füzulinin işğaldan azad edilməsinin ildönümüdür

KepezTV Player

Bu gün Füzulinin öz azadlığına qovuşmasından 2 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Döyüşlər başlayandan rayonun bir neçə kəndi uğurlu əməliyyatlarla düşməndən təmizlənmişdi. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırdı.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Füzulinin azad edilməsində iştirak edən hərbçilərimiz xatirələrini bölüşüblər.