• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 15.10.2022 16:06

"Kəpəz" evə qayıdır

KepezTV Player

Gəncənin Premyer Liqa həsrəti nəhayət bitir. Nizami yurdunun təmsilçisi "Kəpəz" ;uzun fasilədən sonra evdə meydana çıxacaq.

Çempionatın birinci dövrəsindəki ev oyunlarını gah Bakıda, gah da Qəbələdə keçirən sarı-göylər bundan sonra rəqibilərini doğma meydanda qəbul edəcək. Şəhər stadionu tələblərə cavab vermədiyindən tribunalarda 3000 azarkeş matçı izləyə biləcək. Doğma publika önündə baş tutacaq ilk oyunda Kəpəzin əzəli rəqibi Neftçi olacaq.

Premyer Liqanın ilk dövrəsində cəmi 4 xal toplayan Kəpəz turnir cədvəlinin son pillələrində qərarlaşıb. Ancaq baş məşqçi Tərlan Əhmədov komandanın səhvlərdən nəticə çıxarmağa başladığını düşünür. Təcrübəli mütəxəssis son zamanlar yaxşı formada olmayan derbidəki rəqibləri Neftçinin istənilən vəziyyətdə təhlükəli komanda olduğunu deyir.

Tarixi derbi oktyabrın 16-da saat 15:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk dövrə görüşü ağ-qaraların 5:2 hesablı qələbəsi ilə nəticələnib.