• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 15.10.2022 11:45

Lökbatanda yolu su basıb

KepezTV Player

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Bakı-Qazax avtomagistralında yolu su basıb. Subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib, tixac yaranıb. Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və "Azərsu" ASC hadisə yerində birlikdə tədbirlər görür. Məlumata görə, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralında subasma halı baş verib.