• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2041
— 15.10.2022 12:20

Toya gedən mikroavtobus qəzaya düşüb

KepezTV Player

Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələn  yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saalarında  Bakı-Qazax magistal yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus "Kamaz " markalı yük maşınına arxadan çırpılıb. Qəza zamanı mikroavtobusda olan 17 yaşlı Nuray Namazova, 36 yaşlı Laçın Şəmilova, 45 yaşlı Rasim Namazov, 37 yaşlı  Leyla Namazova, 20 yaşlı Nürgün Namazova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətlərinin kafi olduğu bildirilir. Onlara ambulator yardım göstərildikdən sonra evə buraxılıblar. Məlumata görə, Mercedesdəki sərnişinlər Bakıdan Qazağa toy şənliyinə gedirlərmiş. İlkin ehtimala əsasən qəzaya səbəb mikroavtobusun sürücüsü sürəti nizamlaya bilməməsi olub. Faktla bağlı araşdırma aparılır.