• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 13.10.2022 19:48

Heyvandarlıqda innovativ üsulların tətbiqi prioritetdir

KepezTV Player

Heyvandarlığın inkişaf etdirilməsi üçün müasir texnalogiyaların tətbiqi artıq günümüzün reallığına çevrilir. Buna fermerlərin marağı isə heyvanların yem bazasının təşkili və müasir fermaların yaradılması baxımından əhəmiyyətli hesab edilir. Göygöldə fermerlər və heyvan mütəxəsisləri bir araya gələrək tətbiq edilən yeniliklər, innovativ üsullar barədə məlumatlanıblar.

Heyvandarlığın inkişafında yemləmə üstünlük təşkil edən amillərdəndir. Yerli inək sortunun əgər ikisinə bir ot bağlaması verilirsə, xaricdən gətirilən cins inəklərin gün ərzində birinə bir ot bağlaması verilir. Bu cür yemləmə südçülüyün inkişafına böyük təkan verir.

Danılmaz faktdır ki, xaricdən gətirilən cins inəklər südçülük və ətlik baxımından yerli mal-qaradan üstündür. Təsərüfat sahiblərinin də belə cinslərə marağı təbiidir. Ancaq maraq artmaqla yanaşı heyvanın bəslənməsi, yemlənməsi, saxlanması, baytar xidməti kimi vacib amillərə də tələbat yüksəlir. Bəzən fermerin bu sahədə məlumatsızlıqları ziyana qədər gətirib çıxarır.

Heyvanların bu formada yemlənməsi isə inkişafa mənfi təsir etməklə məhsuldarlığı da aşağı salır. Bunun aradan qaldırılması üçün Kənd Təsərrüfatı Nazirliyi dəstəyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda 4S MMC-nin təşkilatçılığı ilə “Heyvanların yemlənməsində və bəslənməsində innovativ üsulların tətbiqi” mövzusunda seminar keçirilib. 20-dək rayondan 100-ə yaxın iştirakçı Rusiyadan dəvət olunan mütəxəssislər tərəfindən heyvandarlıqda məhsuldarlığı artırmağın yollarından danışıblar. Buzovların saxlanma və bəslənmə qaydaları izah edilib.

Təsərrüfat sahiblərinə heyvandarlıqda yeniliklərin tətbiqinin danılmaz olduğu aşılanıb.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, diskusiya aparılıb.

Elnur Vahidoğlu