• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 11.10.2022 10:51

Beynəlxalq qızlar günü

KepezTV Player

Valideynlərim mənə həmişə deyir ki, heç nədən qorxma, cəsarətli ol! Mən də cəsuram. Axı qızlar heç nədən qorxmaz.

Qızlar gəzər, öyrənər. Həyatı kəşf edər. Bir gül qədər zərif olar, günəş ona göz qırpanda çiçəklərlə birlikdə günəşə gülər.

Bəzən də təkbaşına olsa belə, çox əylənər. İçindəki təbiət sevgisini həyatla bölüşər.

Bəzi vaxtlarda axtarışa çıxar. Başqalarının görə bilmədiklərini görər, həyatına qatar. Hara getsə, özüylə aparar.

Bəzən heç gözləmədiyi anda yeni bir şey kəşf edər. Bütün diqqətiylə onu tanımağa, bilməyə çalışar. İstədiyinə çatmayınca əl çəkməz.

Həm də çalışqan olur qızlar. Qız oxuyar. Bilirsiniz necə? Həvəslə oxuyar. Təzə nə varsa, öyrənər, hamısını da ağlının bir küncündə tutar.

Ağıllıdır qızlar. Həyatdan öyrəndiklərini öz xatirə dəftərində yazar. Yaşadığı günlər dəyərlidir, xatirələrini həmişəlik saxlamaq istəyər.

Oynamağı da çox sevir qızlar. Heç böyümürlər. Daim əylənib gülməyi sevirlər.

Həmişə gülən qızlar güclü olur. Güclü qızlar qorxmaz. Harda olur-olsun yolunu tapar, öz göyqurşağına çatar.

Onlardan soruşsanız, həyata 10 üzərindən neçə bal verərsən? “10”-deyər. Və gülər.

Stand-up:

11 oktyabr Beynəlxalq qızlar günüdür. Bir qızın gülüşündə gizlənir dünyanın xoşbəxtliyi. Bir gün yox, hər gün. Xoş sabahlar.

                                                                                                                                               Aysel Abbasova