• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 09.10.2022 19:58

Psixoloqların fəaliyyəti şagirdlərin davranışına necə təsir edir?

KepezTV Player

Tədris və tərbiyə müəssisəsi olan məktəblərdə müəllimlərin rolu əvəzsizdir. Müəllim uşaqlara bilik, savad verməklə yanaşı, həm də onların vətənə layiqli övlad kimi yetişməsində böyük əmək sahibidir. Bəzən deyirlər ki, müəllim həm də psixoloq olmalıdır. Əlbəttə, müəllim psixoloq qabiliyyətindən uşaqlarla davranışında istifadə edə bilər. Lakin hər hansı şagirdin psixoloji probleminin həllində ona dərindən kömək edə bilməz. Belə olan halda köməyə məktəb psixoloqları gələ bilər. Bu da o deməkdir ki, məktəblərdə psixoloqların üzərinə çox çətin və məsuliyyətli iş düşür. Ələxsus da son zamanlar baş verən xoşagəlməz hallar, məktəb psixoloqunun işinin əhəmiyyətini birə beş artırır.

Görüntülərdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsi əks olunur. Videoda  bir məktəblinin digərinə qarşı fiziki təzyiq göstərdiyi, başqa birinin isə hadisəni telefonun yaddaşına köçürdüyü aydın görünür. Müşahidələr əvvəlki illərlə müqayisədə məktəblərdə bu kimi şiddət hallarının sayının artdığını göstərir. Bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Aqressiyaya məruz qalma, şiddət təbliğ edən oyunlar bu sırada ilklərdəndir.

İnkişaf edən cəmiyyət və ağırlaşan təhsil yükü fonunda Azərbaycanda məktəb psixoloqlarına ehtiyac daha da artmaqdadır. Uşaqların məktəbə uyğunlaşmasından, şagirdlər arası münasibətlərədək, işlərin tənzimlənməsində psixoloqların üzərinə müəyyən yük düşür.Ələxsus da mürəkkəb davranış sərgiləyənlərin mütəmadi olaraq diqqətdə saxlanılmasında psixoloqlar zəruri rol oynayırlar.

Həmsöhbətimiz olan məktəb psixoloqları da şagidlərin evdə və cəmiyyətdə yaşadıqları problemlərin məktəblərə kifayət qədər daşındığını təsdiqləyir. Məsələnin həlli üçün məktəblərdə sosiallaşma işləri aparmaq, uşaqlara daha çox vaxt ayırmaq, qayğı, sevgi göstərməyin vacibliyi vurğulanır

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bidirilib ki, Gəncədə fəaliyyət göstərən 44 məktəbin əksəriyyətində psixoloq var. Olmayan məktəblərdə isə imtahan nəticələrinə uyğun olaraq yeni psixoloqlar təyin olunacaq.

Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Çünki hər valideyinin təmənnası övladının təhlükəsiz qaydada təhsil almasıdır. Məktəbdə yaşanan xoşagəlməz hadisələrə gəldikdə isə məktəb-valideyn-şagird üçbucağı çərçəvəsində çətinliyin aradan qaldırılması mümkündür.