• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 09.10.2022 20:00

Artan nüfuz rəqib üzərindəki üstünlükdür

KepezTV Player

Tam əminliklə demək olar ki, döyüş meydanlarında qazanılan qələbə Azərbaycana diplomatik müstəvidə üstünlüklər qazandırmaqdadır. Özü də milli maraqlardan çıxış edilərək göstərilən qətiyyət Ermənistanı daim müdafiə edən dairələrin də planlarını pozur.

Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü tanıması, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyişlər, xüsusilə də Qarabağın Azərbaycanın daxili məsləsi olduğunu bütün dünyaya qəbul etdirmək böyük nəaliyyət hesab edilir. Bu məsləyə xarici müdaxilələrin yolverilməz olduğunu başa salmaq kimi məqamlar ciddi əhəmiyyətə malikdir. Nəticələr Azərbaycan dövlətinin unikal uğurudur.

Azərbaycanın əsas hədəfi Ermənistanı sülhə məcbur etməklə Cənubi Qafqazda yeni inkişaf mərhələsini başlatmaqdır. Məqsəd bölgədə sülh və təhlükəsizliyi bərqarar etməklə iqtisadi inkişafa təkan vermək, enerji, nəqliyyat kommunikasiya imkanlarının şaxələnməsinə nail olmaqdır. Ermənistanın isə ötən iki il ərzində qeyri-konstruktivlik nümayiş etdirən hərbi siyasi rəhbəriliyi bu reallıqları qəbul etmək məcburiyyətindədir.

Azərbaycanın enerji təhlükəsizliynə verdiyi əvəzsiz töhvələr, bütün sahələrdə etibarlı tərəfdaş olması dünyada nüfuzu daha da möhkəmləndirir. Bunu həm Bolqarıstanda, həm də Çexiyada keçirilən görüşlər bir daha təsdiqləyir. Bu isə Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflərə inamla irəliləməsi üçün yaşıl işıq yandırır.