• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2191
— 07.10.2022 11:57

200 min balıq körpələri su hövzələrinə buraxılıb

KepezTV Player

Balıqartırma zavodlarında yetişdirilən balıq körpələrinin su hövzələrinə buraxılması işləri davam edir. Bu dəfə 3 növdə yetişdirilən 200 min balıq körpələri Şəmkir və Yenikənd su anbarlarına buraxılıb.

İlk olaraq balıq körpələri Şəmkir su anbarında buraxılıb. Hövzəyə buraxılan 100 min körpənin balıq ehtiyatlarının artırılmasına töhfə verəcəyi vurğulanıb.

Ekologiyya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bu aksiyada 3 növ çəkil, ağamur və enli alın balıqları Şəmkir və Yenikənd su anbarlarının hövzələrinə buaxıldı. Bununla da Respublikamızda balıqçılığın inkişafına böyük bir təkan verilmiş olur.

Su hövzələrində balıq populyasiyasının artırılmasına, ekosistemin qorunmasına və su bioresurslarının bərpasına töhfə vermək məqsədilə balıqartırma zavodlarında yetişdirilən daha 100 min balıq körpəsi isə Yenikənd su anbarına buraxılıb. Bununla da ölkəmizdə il ərzində su hövzəsinə buraxılın çəki kimi balıq körpələrinin ümumi sayı 2 milyon 500 ədəd olub. Paralel olaraq il ərzində 3 milyon 600 min ağamur və enlialın balıqlar da su hövzələrinə buraxılıb. Su hövzələrinə buraxılan balıqların mühafizəsi isə diqqətdə saxlanılır.

Ekologiyya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmçinin il ərzində 650 min nərə kimi balıq körpələri və 45 min qızıl balıqları Xəzər dənizinə buraxılıb.

 

Elnur Vahidoğlu