• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 07.10.2022 12:26

Gəncə sakini qonşusunu ehtiyatsızlıqdan öldürüb

KepezTV Player

Gəncədə qətl baş verib. Şəhər prokurorluğundan verilən xəbərə görə, oktyabrın 6-ı saat 10 radələrində Gəncə sakini, 1979-cu il təvəllüdlü Anar Hüseynovun almış olduğu xəsarət nəticəsində ölməsi barədə prokurorluğa məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ramil Musayev oktyabrın 5-i axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Anar Hüseynova kəsici-deşici alətlə xəsarət yetirib, sonuncu almış olduğu xəsarət nəticəsində qeyd edilən tarixdə ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanıb. Ramil Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.