• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 07.10.2022 09:50

Praqa görüşü barədə azərbaycanlı jurnalistlərlə müsahibə

KepezTV Player

Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa da keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Dəyirmi masada çıxış edən Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.  "Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində işçi nahar formatında bağlanış plenar iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.  Prezidenti İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib. Dövlət başçısı ilk olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi görüş barədə danışıb.

Azərbaycan Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün detalları barədə də danışıb. Görüş çərçivəsində hansı məsələlərə toxunulduğu barədə məlumat verib.

Prezident "Artıq gələn ay sülh müqaviləsi bağlana bilərmi, ümumiyyətlə, bu sənədin razılaşdırılması hansı mərhələdədir? Nəqliyyat yollarının açılması barədə maddənin bu sənədə daxil olduğunu nəzərə alsaq, o, region üçün nə kimi əhəmiyyət daşıyır?" - sualını da cavablandırıb.