• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 06.10.2022 20:58

Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir

KepezTV Player

Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən saat 8 qatarı bir reysə istifadə edilməklə, saat 7:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin olunur. “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 8 əvəzinə saat 8:45-də yola düşəcək. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq.