• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 874
— 06.10.2022 20:41

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Dövlətimizin başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə edilib.