• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2580
— 06.10.2022 20:00

Ermənistanın məsuliyyətə cəlbi üçün Azərbaycan beynəlxalq instansiyalara müraciət ünvanlayıb

KepezTV Player

Ermənistan son 34 ildə azərbaycanlılara qarşı çoxsaylı sülh və insanlıq əlehinə cinayətlər törədib. Bu terror, soyqırımı hadisələri nəticəsində minlərlə vətəndaşımız min bir işgəncəylə qətlə yetirilib. Minlərlə azərbaycanlı itkin düşüb. Amma sülh müqaviləsinin müzakirə edildiyi bir vaxtda belə Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Sülhə aparan yolda atmalı olduğu addımlardan qaçır. İstər Birinci Qarabağ müharibəsində itkin düşənlərin taleyi ilə bağlı məlumatlar olsun, istər minalanan sahələrin xəritəsinin verilməsi və digər məsələlərdə məsuliyyəti üzərlərindən atırlar.

Ermənistan 1988-ci ildən  bəri azərbaycanlılara qarşı törətdiyi cinayətləri bu gün də fərqli formada davam etdirir. Amma bütün bunları min bir yolla pərdələməyə çalışır. Erməni tərəfi etiraf etmək istəməsə də Fərrux, Daşaltı və Edillidə aşkarlanan əlləri və ayaqları bağlı vəziyyətdə güllələnən şəxslərə məxsus kütləvi qəbirlər törədilən hərbi cinayətlərin birbaşa sübutudur. Qarşı tərəfin cinayətlərinin araşdırılması, Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan bir sıra beynəlxalq instansiyalara müraciət ünvanlayıb.

Beynəlxalq təşkilatlar illərlə cinayət törədən dövlətin məsuliyyətə cəlb edilməsinə göz yumur

Narahatlıq yaradan digər bir məqam isə bu qədər cinayət törədən bir dövlətin məsuliyyətə cəlb edilməsinə bəzi ölkə və beynəlxalq təşkilatların göz yummasıdır. İkili standartlardan xəbər verən bu yanaşma  son günlər sosial şəbəkələrdə yayılan işgəncə faktlarına münasibətdə də özünü göstərir.

İlkin araşdırmalar göstərir ki, işğal dövründə Azərbaycana 16 mlrd. manatdan çox ekoloji ziyan dəyib

Ermənilərin hərbi cinayətləri ilə yanaşı ekoloji terror da bitmir. İlkin araşdırmalar göstərir ki, təkcə işğal dövründə dəyən ekoloji ziyan 16 milyard manatdan çoxdur.