• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2105
— 06.10.2022 20:15

Pediatrlar valideynləri ehtiyatlı olmağa çağırır

KepezTV Player

Uşaqlar arasında yayılan rotavirus azyaşlılarda bir sıra əlamətlərlə özünü biruzə verir. Həkimlər ağırlaşmaların olmaması üçün vaxtında müdaxiləni vacib sayır. Gəncədə həkimə müraciətlərin çoxluğu virusun geniş yayıldığını deməyə əsas verir.

Gəncə şəhər Uşaq Xəstəxanasına rotavirus xəstəliyi ilə bağlı gün ərzində 50-ə yaxın uşaq gətirilir. Həkimlərin sözlərinə görə uşaqların sayının bu cür çox olması virusun geniş yayılmasıdır.

Rotavirus adlandırılan infeksiya uşaqlar arasında ən çox hava damcı yolu ilə yayılır. Xəstəliyə 5 yaşa qədər olan uşaqlarda rast gəlinir.  İnfeksiyanın simptomları bir həftədən bir aya qədər davam edə bilir. Həmin virus ilk növbədə mədə-bağırsağın selikli qişasını zədələyir və özünü müxtəlif əlamətlərlə büruzə verir.

Kəmalə Zeynalova Uşaq Xəstəxanasının pediatrı: Uşağın səbəbsiz yerə narahat olması, qızdırmanın yüksəlməsi, 38 dərəcəyə qədər yüksəlməsi eləcədə qızdırma ilə yanaşı gün ərzində 8-9 dəfə qusması olur. Həmçinin ishal əlamətləri də yaranır.

Həkimə vaxtında getmək və düzgün diaqnozla müalicə uşağın tez sağalmasının başlıca səbəbidir.

Kəmalə Zeynalova Uşaq Xəstəxanasının pediatrı: Qızdırmanı salmaq üçün parastamol və yaxudda digər maddələr verə bilərlər. Çoxlu su duzlu məhlullar verilməlidir.. Həkimə gətirildikdə uşağın mədə bağırsaq yolları nəzarət edilir. Mədə yuylur və natrixlor  məhlulları vena daxilinə yeridirlir. Eyni zamanda yaxşı olardı vaxtında xəstəxanaya gətirsinlər ki, uşaq ağırlaşıb susuzluq eləcədə taksikozun yaranması əlamətləri olmasın.

Həkimlər valideyinləri uşaqlar arasında geniş yayılan virusla bağlı ehtiyatlı olmağa çağırır.

Gülçöhrə Məmmədova  sakin: Nəvəmi gətirmişdim. Ağrıyırdı, çox pis idi. İndi yaxşıdı, evə aparacağam. Valideyinlərə məsləhət görürəm ki, həkimə vaxtında gətirsinlər, uşaq tez sağalsın.

Svetlana Bayramova  sakin: Uşaq 3-4 gün idi ki, özünün çox pis hiss edirdi. Gətirdik həkimə, hər bir müalicəni ediblər. Şükür övladım yaxşıdır. Allah köməklərində dursun.

Gəncə şəhər Uşaq Xəstəxanasında rotavirus infeksiyası ilə bağlı olaraq  stasionar qaydada müalicə ilə yanaşı ambulator müalicələrdə təyin olunur. Ambulator şəraitdə müalicə yazıldıqdan sonra pasient sahə həkimlərinin nəzarətinə verilir.

Elnur Vahidoğlu