• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2421
— 06.10.2022 20:10

Psixoloqların fəaliyyəti şagirdlərin davranışına necə təsir edir?

Tədris və tərbiyə müəssisəsi olan məktəblərdə müəllimlərin rolu əvəzsizdir. Müəllim uşaqlara bilik, savad verməklə yanaşı, həm də onların vətənə layiqli övlad kimi yetişməsində böyük əmək sahibidir. Bəzən deyirlər ki, müəllim həm də psixoloq olmalıdır. Əlbəttə, müəllim psixoloq qabiliyyətindən uşaqlarla davranışında istifadə edə bilər. Lakin hər hansı şagirdin psixoloji probleminin həllində ona dərindən kömək edə bilməz. Belə olan halda köməyə məktəb psixoloqları gələ bilər. Bu da o deməkdir ki, məktəblərdə psixoloqların üzərinə çox çətin və məsuliyyətli iş düşür. Ələxsus da son zamanlar baş verən xoşagəlməz hallar, məktəb psixoloqunun işinin əhəmiyyətini birə beş artırır.

Görüntülərdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsi əks olunur. Videoda  bir məktəblinin digərinə qarşı fiziki təzyiq göstərdiyi, başqa birinin isə hadisəni telefonun yaddaşına köçürdüyü aydın görünür. Müşahidələr əvvəlki illərlə müqayisədə məktəblərdə bu kimi şiddət hallarının sayının artdığını göstərir. Bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Aqressiyaya məruz qalma, şiddət təbliğ edən oyunlar bu sırada ilklərdəndir.

İnkişaf edən cəmiyyət və ağırlaşan təhsil yükü fonunda Azərbaycanda məktəb psixoloqlarına ehtiyac daha da artmaqdadır. Uşaqların məktəbə uyğunlaşmasından, şagirdlər arası münasibətlərədək, işlərin tənzimlənməsində psixoloqların üzərinə müəyyən yük düşür.Ələxsus da mürəkkəb davranış sərgiləyənlərin mütəmadi olaraq diqqətdə saxlanılmasında psixoloqlar zəruri rol oynayırlar.

Həmsöhbətimiz olan məktəb psixoloqları da şagidlərin evdə və cəmiyyətdə yaşadıqları problemlərin məktəblərə kifayət qədər daşındığını təsdiqləyir. Məsələnin həlli üçün məktəblərdə sosiallaşma işləri aparmaq, uşaqlara daha çox vaxt ayırmaq, qayğı, sevgi göstərməyin vacibliyi vurğulanır.

Flora Mahmudlu psixoloq: 10 ildir işləyirəm məktəbdə. Əvvala proflaktik söhbətlər aparırıq uşaqlarla. Problemli uşaqlarla xüsusi məşğul olub, onların ailələri ilə görüşürük. Valideyinləri ilə mütəmadi əlaqə yaradırıq. Sinif rəhbərləri ilə söhbət edib korreksion iş aparırıq şagirdlərlə. Böhran yaş qrupundakı uşaqlarda daha çətin olur bu. Və yeniyetməlik yaşında olanlarda daha çox olur belə problemlər və problemli uşaqları görüb nəzərə alırıq daha çox tənəffüs vaxtı.

Mehriban Heydərova psixoloq: Birinci ailədən gəlir neqativ hallar.  Ailədə ola bilsin ki, şəxsiyyətlər arsı, valideynlər arası  olan böyük bir çətinliklərdən irəli gəlir. Bu da uşağa istər istəməz neqativ hallar verir. Sözsüz ki, bu da uşağda aqresiya ilə nəticələnir. Və ya özünə qapanma olur. Onunla bərabər uşaqlarda bir birinə qarşı ya döyməmi, ya şəxsiyyətlər arasımı o neqativ hallar özünü göstərir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bidirilib ki, Gəncədə fəaliyyət göstərən 44 məktəbin əksəriyyətində psixoloq var. Olmayan məktəblərdə isə imtahan nəticələrinə uyğun olaraq yeni psixoloqlar təyin olunacaq.

Raminə Məmmədova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: Ümumtəhsil məktəblərində psixoloji işin təşkilini daha yaxşı təkminləşdirmək üçün psixoloqların işə qəbulu üçün müsabiqə həyata keçirilmşdir. Müsbiqə iki mərhələdən ibarət olmuşdur. Bu müsabiqədə gənc kadrlara daha çox üstünlük verilir. Buna müvafiq olaraq artıq müsabiqənin nəticələri elan olunmuş, və psixoloqlar öz fəaliyyətlərinə başlamışdır. Bununla belə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 252 ümumtəhsil məktəbinin 200-dən çoxunda psixoloqlar fəaliyyət göstərir. Digər ümumtəhsil məktəblərində isə bu proses davam etdiriləcəkdir. Mütəmadi olaraq təlimlər həyata keçirilir və psixoloqlar həmin təlimlərə cəlb olunurlar. Bundan başqa Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən psixoloqların işi də daimi nəzarətdə saxlanılır.

Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Çünki hər valideyinin təmənnası övladının təhlükəsiz qaydada təhsil almasıdır. Məktəbdə yaşanan xoşagəlməz hadisələrə gəldikdə isə məktəb-valideyn-şagird üçbucağı çərçəvəsində çətinliyin aradan qaldırılması mümkündür.