• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 06.10.2022 20:05

Nizami yurdu çöxgünlük ötüşmələrə ev sahibliyi edir

KepezTV Player

Gəncədə 8 il aradan sonra velosiped üzrə Azərbaycan çempionatı keçirilib. Çöxgünlük ötüşmələr 4 günü əhatə edəcək.

Nizami yurdundakı ölkə birinciliyinin ilk günü pedal sahibləri dairəvi yarışda qalib olmağa çalışıblar. Velosipedçilər Heydər Əliyev Park kompleksinin girişindən start götürərək, parkın ərazisindən keçməklə, 28 may küçəsi və Nizami Gəncəvi prospektinin bir hissəni əhatə edən yolu qət edərək finiş xəttinə çatıblar. Fərdi mübarizələrdə kişi və qadın velosipedçilərlə yanaşı, Gəncədən olan həvəskar idmançılar da iştirak edib. Ümumilikdə 50-dən çox idmaçının qatıldığı çempionatda qadınlar 7 dairə üzrə 42, kişilər isə 10 dairə üzrə 60 km məsafədə yarışıblar.

Azərbaycan çempionatında milli komandanın üzvləri, beynəlxalq yarışların, eləcə də ölkə birinciliklərinin qalib və mükafatçıları iştirak edir. İlk mərhələnin yekunlarına əsasən kişilər arasında Nofəl Nuriyev, qadınların mübarizəsində isə Viktoriya Sidorenko qalib adını qazanıb.

Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib. 3 nominasiya üzrə ilk 3 yeri tutan velosipedçilər medal və diplomla təltif ediliblər. 2-ci mərhələdə velopedçilər qrup ötüşmələrində bacarıqlarını ortaya qoyacaqlar. Çempionata oktyabrın 9-da yekun vurulacaq.