• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 06.10.2022 12:41

İki maşın toqquşdu, şəhid anası xəsarət aldı

KepezTV Player

Gəncədə xəsarətlə nəticələnən yol qəzası olub. Hadisə şəhərin Üzeyir Hacıbəyov və Zülfi Hacıyev küçələrinin kəsişməsində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili 1969-cu il təvəllüdlü Elşən Hümbətovun idarə etdiyi "Mercedes" markalı yük maşını ilə toqquşub. Qəza zamanı "Hyundai"da olan sərnişin - şəhid Orxan Həsənovun anası 1967-ci il təvəllüdlü Gülbəniz Həsənova xəsarət alıb. Əraziyə çağırılan təcili tibbi yardım briqadası yaralıya ilkin tibbi yardım göstərib, daha sonra isə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.