• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 04.10.2022 22:30

Xocavənddə hərbçilərimizə məxsus kütləvi məzarlıq aşkarlanıb

KepezTV Player

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.Məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyindən bildirilib ki,Edilli kəndində 3 belə sahə tapılıb. Sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqarət kötüyü, güllələr, patronlar var. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən o da bildirilib ki, qalıqlar götürüləndən sonra ərazidə qazıntı işləri yenə də davam etdiriləcək.Bu günə qədər ümumilikdə 25 nəfərin qalıqları tapılıb.