• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1440
— 30.09.2022 21:31

İstifadəyə yararsız pulları dəyişmək mümkündürmü?

KepezTV Player

Uzun müddət istifadə olunduğu üçün köhnəlmiş, azacıq cırılıb zədələnmiş əskinaslar tez-tez problemə səbəb olur. Alış-veriş münasibətləri zamanı onların qarşı tərəfdən qəbul edilməməsi, dəyişdirilməsinin istənilməsi rast gəldiyimiz mənzərədir. Problem təkcə insanlarla bağlı deyil. Pul qəbul edən ödəmə terminalları da eynilə problem yaradır. Əksər terminallar bu cür pulları qəbul etmir. Bəs elə olan halda vətəndaş nə etməlidir? Pulları dəyişdirməli, yaxud, israrla kiməsə ötürməyə çalışmalıdır? Ətraflı qarşıdakı sijetdə biləcəksiz.

Bu kimi hallara alış veriş edərkən tez tez rast gəlinir. Təqdim olunan kağız pullar cırılmış və ya köhnəlmiş olur. Bəs zədəli pulların dəyişdirilməsi mümkündürmü?

Nəinki market və bazarlarda, eləcə də digər alqı-satqı prosesi zamanı, həmçinin köhnəlmiş və ya zədəli əskinazlara bonkamatlardan vəsait çıxarılan zaman da rast gəlinir.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, əgər pul nişanı həqiqidirsə, tədavülə yararlıdırsa, dəyərini Mərkəzi Bank ödəyir. Kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsini Bakı şəhəri və regional mərkəzlərdə yerləşən ofislər vasitəsilə də həyata keçirir. Burada pul nişanlarının dəyişdirilməsi, ekspertizaya qəbulu, eyni zamanda əhalinin maarifləndirilməsi kimi xidmətlər də təqdim edilir.

Fuad Hacıyev Mərkəzi Bankın Gəncə Regional Mərkəzinin direktoru: Tədavülə yararsız pullar, o cümlədən zədələnmiş pullar qanuna uyğun olaraaq bütöv bir hissədən ibarət səthinin 60 %-dən çox hissəsini saxlamış, eyni naminala uyğun olan səthinin 100 %-ini saxlamış pullar Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz şəkildə ödənilir.

Əlində heç kim tərəfindən qəbul edilməyən pulu olan vətəndaşlar üçün mərkəzdə xüsusi xidmət kassası da fəaliyyət göstərir.

Fuad Hacıyev Mərkəzi Bankın Gəncə Regional Mərkəzinin direktoru:Kassa vasitəsilə vətəndaşlara xidmət göstərilir. Əgər yararsız pullardı, şübhəli pullardı onların ekzpedisiyası və s. xidmətlər göstərilir. Həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən kassa fəaliyyət göstərir. Vətəndaşlarımız müraciət edə bilərlər.

Tədavüldə yararsız pul nişanı dedikdə, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, yazı və ya ləkə olduğu halda, rəngini, parlaqlığını və şaxlığını itirmiş, yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş kağız pullar, həmçinin ön və ya arxa tərəfində kimyəvi təsir nəticəsində rəngini dəyişmiş, çirklənmiş ,görünüşünü itirmiş, lakin nominalı aydın görünən pullar nəzərdə tutulur. Ekspertlər bildirir ki, vətəndaşlar bankomatlardan əldə etdikləri yararsız pul nişanlarını həmin bankomatın məxsus olduğu banka da təqdim edə bilərlər.