• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2343
— 30.09.2022 17:46

Azərbaycan UNESCO-nu azad edilən ərazilərə tezliklə missiya göndərməyə çağırıb

KepezTV Player

Mədəniyyət naziri Anar Kərimov UNESCO-nu tezliklə işğaldan azad edilən Azərbaycan ərazilərinə texniki missiya göndərməyə çağırıb. Nazir Azərbaycanın 30 ilə yaxın dövr ərzində erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən etnik-mədəni soyqırım törədildiyini bildirib. İşğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlər, tarixi abidələr, müxtəlif mədəniyyət müəssisələrinin tamamilə dağıdılıb. Ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırım əməlləri beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılanıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı bərpa işlərinə başlandığına diqqət çəkilib, bu kontekstdə mədəni irsin bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Nazir bu baxımdan, Azərbaycan ərazisində yerləşən mədəni irsin ölkəmizin mədəni müxtəlifliyini əks etdirdiyini bildirib və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi çərçivəsində mənşəyindən asılı olmayaraq, bütün mədəni və dini abidələrin qorunması və bərpasının vacibliyini ifadə edib.