• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 30.09.2022 17:44

Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edib

KepezTV Player

Prezidentlərin təkbətək görüşü olub

Bolqarıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qarşılanma mərasimindən sonra Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.

Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü olub.

Daha sonra prezidentlərin geniş tərkibdə görüşü keçirilib.

Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.