• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1858
— 28.09.2022 21:12

İki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

KepezTV Player

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.Hadisə yerinə təcilli tibbi yardım briqadaları və DYP əməkdaşları cəlb olunub.

Avtomobil 2 məktəblini və 64 yaşlı qadını vurub

Şəmkir rayonunda digər bir hadisədə avtomobil 3 piyadanı vurub. Hadisə rayonun Könüllü kəndində baş verib. Minik maşını əvvəlcə suvarma işləri ilə məşğul olan 1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub. İlkin məlumata görə, sürücü həmin şəxsə yardım göstərmək üçün avtomobili saxlayarkən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini 2010-cu il təvəllüdlü Samir Əliyevi də vurub.Hər 3 piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Onların vəziyyətnin kafi olduğu bildirilir.