• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 803
— 28.09.2022 20:59

​Gəncədə azyaşlı uşaq 3-cü mərtəbədən yıxılıb

KepezTV Player

Hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən beşmərtəbəli binaların birində baş verib. 2021-ci il təvəllüdlü Anar Rzayevi anası pəncərəyə yaxın yerdə yatızdırıb. Körpənin yatdığından əmin olan ana böyük övladını hamamda yuyundurarkən yaş yarımlıq körpə oyanaraq pəncərədən yıxılıb. Qonşuların sözlərinə görə körpənin səhhətində problemlər olduğundan ana onu həmişə havalı, pəncərəyə yaxın yerdə yatırdırmış. Müxtəlif xəsarətlər alan azyaşlı əvvəlcə özəl xəstəxanaya yerləşdirilib. Ona bazu sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra körpənin Bakıdakı xəstəxanalardan birinə köçürülməsinə qərar verilib. Ailə həmin mənzildə kirayədə qalır.