• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2127
— 28.09.2022 20:53

Moskvaya reyslərin sayı artırılıb

KepezTV Player

AzAL tərəfindən Gəncədən Rusiya paytaxtına yeni təyyarə reysi açılıb. Sərnişinlər Moskvanın Jukovski aeroportuna həftənin birinci və  üçüncü günləri Nizami yurdundan yola düşə bilərlər. Moskvadan Gəncəyə saat 11:30-da reallaşan reys Gəncədən əks istiqamətə saat 15:40 uçacaq. Gediş haqqı isə Gəncədən bir istiqamət üzrə 320 manatdır. Sərnişinlər biletləri şəhərin mərkəzində yerləşən aviakassadan əldə edə bilərlər. Bu uçuş ilk dəfə olaraq Gəncədən eyrbas 320 markalı sərnişin təyyarəsi ilə həyata keçirililir. Uçuş müddətində sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Reyslərin sayı artırıldıqdan sonra Gəncədən Moskvaya həftənin bütün günləri uçuşlar həyata keçiriləcək.

Nizami Süleymanov sərnişin: Müvəqqəti qonaq gəlmişəm, indidə qayıdıram. Yeni açılan reys çox yaxşıdı, bizi də qane edir, rahatçılıqla gedib düşürük.

Qurban Cabbarov  sərnişin: Jukovski aeroportundan gəldim. Orda da burda da incitmədilər, rahat gəldim.

Mirdərgah Qafarov  sərnişin: Jukovski aeroportu ilə gəldim. Çox rahat idi.