• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 28.09.2022 20:51

Heyvandarlığın inkişafı üçün səmərəli və yeni yemləmə metoduna ehtiyac var

KepezTV Player

Bu gün ölkəmizdə heyvandarlıqda səmərəli eləcə də qüvvəli və keyfiyyətli yemləmyə daha çox ehtiyac duyulur. Heyvandarlığın inkişafına birbaşa müsbət təsir edən bu amil Ümümdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən də diqqətdə saxlanlır. Göygöldə fermerlərə yeni yemləmə metodlarının izahı da bu məqsəddən irəli gəlir.

Üç təpə kənd sakini Müzakir Məmmədov ailəsinin dolanşığı üçün iri buynuzlu heyvanların saxlanması ilə məşğul olur. O təsərüfatındakı heyvanlarıı  qurudulmuş ot və yemlə bəsləyir. Biçənək sahəsi olmayan təsərrüfat sahibi yemləmə üçün ot bağlamalarını almaq məcburiyyətindədir.

Kənd Təsərrüfatının ən gəlirli sahələrindən biri də heyvandarlqıdır. Hazırda heyvanların yemlənməsi üçün bu cür ot bağlamalarından istifadə olunur. Bu cür ot bağlamaları da bazarda 5-7 manat arası satılır. Şübhəsiz ki, qiymətlərin bu cür baha olması heyvan saxlıyan fermerlər baha başa gəlir.

Şübhəsiz ki,  daha yaxşı və çox süd almaq, eləcə də heyvanları ətlik istiqamətdə inkişaf etdirmək üçün qüvvəli və sərfəli yemə ehtiyac duyulur. Silos bu baxımdan ən uyğun yemləmə vasitəsi hesab edilir.

Müzakir Məmmədov  Üçtəpə kənd sakini: Silos və yaxud da senajdan istifadə edə bilmirik. Hanıs ki, bunu istifadə edə bilsək heyvan daha tez kökələr və süd də çox olar. Bunu təşkil etmək üçün isə böyük bir təsərrüfat yaradılmış olsa və orada da silos hazırlanıb satılmış olsa bu isə yaxın ərazidə olsa əhalidə ondan istifadə etmiş olar. Bu üsulla da heyvandarlığın inkişaf etməsinə şərait yaranmış olar.

Silosun alınması, onun heyvandarlıqda üstünülüyü ilə bağlı Ümümdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən Göygöldə tədbir keçirilib.  “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vastəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” adlı layihə çərçivəsində reallaşan bu tədbirdə Göygöl və Goranboydan 20-ə yaxın fermer və heyvan mütəxəsisi iştirak edib. Türkiyədən gələn heyvandarlıq üzrə mütəxəssis tərəfindən yeni yemləmə üsulları izah edilib.

Engin Ünay Türkiyəli mütəxəssis: Kiçik fermerlər öz yerlərində qarğıdalı, yonca və digər buna bənzər yemləri əkərək biçərək silos edə bilərlər. Silos etmək üçün çox böyük yerlərədə ehtiyac yoxudr. Düz qazılmış yerə tökülərək sıxışdırılaraq üstü bağlanarsa iki ay sonra bunu heyvanlarıan yedizidirə bilərlər.

Elməddin Namazov FAO Azərbaycan ofisində əməliyyatçılar üzrə mütəxəsis: Kiçik təsərrüfatlarada selos edilmir. Çünki bunun üçün müəyyən avadanlıqlar lazım olur. Dünya təcrübəsində var ki, iri təsərrüfatlarda silos hazırlanır və satıla bilir. Kiçik təsərrüfat sahibləridə bunu alıb istifadə edə bilərlər. Sadəcə bunun nəqədər səmərəli olduğunu fermerlərə çatdıracağıq ki, bilsin. Silos tətbiqinə getsinlər.

Sözü gedən layihəyə Respublikamızda 2018-ci ildə icra edilir və bu ilin sonunda bitəcək.

Elnur Vahidoğlu