• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 27.09.2022 19:10

Şəhidlərin qəhrəmanlığından danışılıb

KepezTV Player

Qazaxda ictimaiyyət nümayəndələri rayon hərbi komisarlığının qarşısından şəhidlər xiyabanınadək yürüş edərək şəhidlərin xatirəsini anıblar. 2 il öncə reallaşdırılan “Dəmir yumruq” əməliyyatı ilə şanlı qələbə qazanan Azərbaycan dövlətinin qəhrəman oğullarının sücaətindən danışılıb. İşğal altında olan  torpaqlarımızı qaytaran, lakin özləri qayıtmayan igidlərin məzarlarının bu gün and yeri olduğu vurğulanıb. Şəhidlər xiyabanında adları əbədiləşdirilən 352 şəhidin  abidə kompleksi ziyarət edilib, şəhidlərin xatirəsinə həmişəyaşıl ağaclar əkilib.