• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 27.09.2022 12:10

Sükutla yad edilən Vətən qəhrəmanları

KepezTV Player

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban verən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhu qarşısında, onların xatirəsinə hörmət və ehtiramlarını saat 12-də elan edilən sükutla ifadə ediblər. Ərazi bütövlüyümüz uğrunda mübarizənin qəhrəmanları, Qələbəmiz üçün canını fəda edənlərin xatirəsi Gəncədə də avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılması, siqnallar səsləndirilməsilə, yaylım atəşi açılmaqla anılıb.