• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2150
— 26.09.2022 20:12

Azərbaycanda ilk: iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək

KepezTV Player

Azərbaycanda ilk dəfə iribuynuyzlu heyvandlarda embrion transferi həyata keçiriləcək. Məqsəd üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır.

Embrion transferi Göygöldə yerləşən Respublika Süni mayalanma Mərkəzində reallaşdırılacaq. Bu məqsədlə mərkəzə 35 baş “Simmental” cinsindən olan düyələr gətirilib. Düyələrə Almaniyanın “Bayenr genetik” şirkətində istehsal olunan embrionların köçürülməsinə oktyabrda başlanılacaq. Embrion transferi prosesini həyata keçirəcək Respublika Süni Mayalanma Mərkəzinin 10 mütəxəssisi Almaniyada müvafiq kurslarda iştirak ediblər.

Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı səbəbilə embrion transferinə tələbin formalaşmaması olub. Lakin son illər Azərbaycanda böyük südçülük təsərrüfatlarının yaradılması bu üsula marağı artırıb. Təcrübə göstərir ki, məhsuldar cinslərin baş sayının artırılması təsərrüfatların rentabelliyini yüksəldir, ət və süd məhsullarının qiymətinin ucuzlaşmasına səbəb olur, məşğulluğun və istehsalın artmasına əhəmiyyətli töhfə verir. Embrion transferi xaricdən heyvan idxalından da asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə daha effektivdir.