• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 26.09.2022 16:42

Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib

KepezTV Player

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilən ərazilərdə daha 190 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi də işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 144 mina və 267 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 457 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.