• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 26.09.2022 10:54

Bakı-Qazax yolunda iki avtobus toqquşub, 15 sərnişin xəsarət alıb

KepezTV Player

Yaralı sərnişinlərdən ikisi uşaqdır

Ağstafada 17 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, Qırılı kəndində qeydə alınıb. Magistral yolla hərəkətdə olan sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində xəsarət alanlardan 2-si uşaqdır. Xəstəxanaya çatdırılan yaralılardan 3 nəfərin vəziyyəti ağır, 6-sının vəziyyəti isə orta ağır kimi dəyərləndirilir. Digər xəsarət alanlar isə ambulator yardım göstərilərək evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.