• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 25.09.2022 20:15

Tərəvəzçilikdə intensivləşmə fermerlərin gəlirini artıra bilər

KepezTV Player

Tərəvəzçilikdə məhsuldarlığın artırılması üçün ölkədə mühim işlər görülür. Bu istiqamətdə yüksək dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, istehsalçıların qazanc əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaradıb.

Azərbaycanda mövcud olan tərəvəzlərin bir çoxu ölkəmizdə yetişdirilir və bu məhsullarının istehsalı üzrə özünütəminat yüksək səviyyədədir. Əkin sahələri az olsa da ölkədə olan orta məhsuldarlıq artdığı üçün daxili təlabatla yanaşı xaricə də ixrac potensialı böyükdür.

İxrac imkanlarının artması nəticəsində ölkəyə xarici valyutanın daxil olması iqtisadiyyatın inkişafı üçün də mübət haldır. Sitimullaşdırıcı tədbirlər isə istehsalçıların satış imkanlarını genişləndirir.

Tərəvəzçilik üzrə qarşıya qoyulan məqsəd isə ekstensiv əkinçilikdən intensivləşməyə keçiddir. Vahid sahədə istehsal nə qədər çox olsa özümüzü təmin etmə rəqəmlərimiz yüksələr bununlada ixrac etmə potensialımız daha da artar. Bu da fermer üçün əlavə gəlir imkanlarının artması deməkdir.