• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 24.09.2022 11:21

Azərbaycan Ordusunun qətiyyətli cavab tədbirləri Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib

KepezTV Player

Şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verilib. Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə müdafiə naziri Zakir Həsənov bölmələrimizin yeni yerləşmə məntəqələrində xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin qısa müddət ərzində başa çatdırılmasının vacibliyini diqqətə çatdırıb. Kəlbəcər və Laçın rayonları istiqamətində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə hazırkı əməliyyat şəraiti təhlil edilib. Nazir 12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirlərinin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.