• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 23.09.2022 20:24

Nazir qəzalı stadionun vəziyyəti ilə tanış olub

KepezTV Player

Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhər stadionunda olub. Naziri qarşılayan "Kəpəz"  Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri İlqar Nadiri idman qurğusunun vəziyyəti ilə bağlı ətraflı məlumat verib. İlqar Nadiri arenanın ərazisində Gəncə Futbol Akademiyasının tikintisinin davam etdirildiyini, işlərin ilin sonuna kimi başa çatdırılacağını bildirib. Nazir akademiyanın regionunda uşaq futbolunun inkişafına təkan verəcəyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib. İlqar Nadiri arenanın ərazisində müasir standartlara uyğun iki təbii örtüklü böyük meydanın salındığını da deyib. Fərid Qayıbov arenanın qəzalı vəziyyəti ilə maraqlanıb. 60 il öncə tikilən arenanın istimar müddətini başa vurduğu diqqətə çatdırılıb və təmirə ehtiyac duyulduğu qeyd olunub. Gənclər və idman naziri stadionun yenidən qurulması ilə bağlı hansı məbləğdə vəsaitin tələb olunduğu yöndə qiymətləndirilmə aparılması üçün müvafiq tapşırıqlar verib.