• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 23.09.2022 16:20

Yaxınlaşan toy mövsümünün qızılın qiymətinə təsiri

KepezTV Player

Azərbaycanda ənənəvi olaraq məhərrəm ayı başa çatan kimi toy mövsümü start götürür.  Toy mövsümündən ən çox qazananlar isə restoranlar, müğənnilər və qızıl ticarətçiləri olur. Bu dəfə qızıl bazarındakı durumu və dünya bazarında gedən iqtisadi proseslərin qızılın qiymətinə necə təsir etməsini araşdırdıq. Əməkdaşlarımız Gəncədə fəaliyyət göstərən ən böyük qızıl mağazalarında olub, oradakı vəziyyət haqqında reportaj hazırlayıb. Ətraflı qarşıdakı sujetdə.

Məhərrəmlik ayının başlaması ilə birlikdə qızıl bazarında durğunluq müşahidə olunsa da güman ounur ki, toy mövsüminin başlaması vəziyyətin dəyişməsinə səbəb olacaq. Qızıl bazarında isə vəziyyət belədir.

Uzun müddət durğunluqdan sonra toy mövsümünün yaxınlaşması alıcıları da aktivləşdirib. Qızıl almaq istəyənlər toyların olmamasını fürsət bilib müqayisədə ucuz olan qızıl-zinyət əşyalarını ciblərinə uyğun qiymətə almağa çalışır.

Müşahidələr onu göstərir ki, nəinki məhərrəmlikdə ötən illərlə müqayisədə də qiymətlərdə azalma müşahidə olunur. Qarşıdakı günlərdə isə qiymətin artan xətt üzrə gedəcəyi istisna edilmir. Qiymətli metal bazarındakı mövcud durumla bağlı ekspertlər isə o fikirdədir ki, qızılın qiyməti nə qədər oynasa da, pulu qızılda saxlamaq, kağız formada saxlamaqdan daha az risklidir.

Hər halda istər alıcı- satıcı fikirlərini, istərsə də ekspert mövqeyini nəzərə alsaq, deyə bilərik ki, ucuz baha olmasından asılı olmayaraq, qızıl almaqdan zərər gəlməz. Axı hər zaman ən dəyərlilərin dəyəri qızıl dəyəri ilə müqayisə olunub. Nə də olsa, adı üstündə qiymətli metalın.