• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2438
— 23.09.2022 16:02

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib

KepezTV Player

Prezident İlham Əliyev Krallıq elan edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da artırıb. Eyni zamanda, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığımızın bariz nümunəsidir deyə dövlət başçısı bildirib.