• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2183
— 23.09.2022 12:04

Qazaxda narkotik satan və alan şəxslər saxlanılıblar

KepezTV Player

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Məlahət Muradova və Faiq Məmmədov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər narkotik vasitəni evində xidmətçi işlədikləri Adil Qurbanovdan pul müqalibində aldıqlarını etiraf ediblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən rayon sakini Adil Qurbanov da saxlanılıb. Onun evinə baxış zamanı ümumi çəkisi 295 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.