• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 23.09.2022 12:03

Ermənistan öhdəliklərini kobud şəkildə pozmağa davam edir

KepezTV Player

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Kütləvi İnformasiya Vasitələrinin 1965-ci il “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş yeni müraciətinə dair sorğusunu cavablandırıb. Ötən ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı dövlətlərarası iddialar qaldırıb. Məhkəmə Azərbaycanın verdiyi vəsatətlər əsasında 7 dekabr 2021-ci ildə Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul edib. Məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını verib. Lakin Ermənistan öhdəliklərini kobud şəkildə pozmağa davam edir. Cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar “Türksüz Ermənistan” olub. Azərbaycan, Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək.