• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 22.09.2022 20:45

Evlərimiz böyüyüb, ancaq ailələrimiz kiçilib

KepezTV Player

Azərbaycanda hələ ta keçmişdən çoxuşaqlı ailələrin sayı kifayət qədər olub. İndi  isə bu  say xeyli azalıb. Statistik rəqəmlərə baxdıqda bunu daha yaxşı görmək olar. Çoxuşaqlıların azalmasına səbəb və tendensiyanın müsbətə doğru dəyişməsindən Aişə Rzayeva danışacaq.

Statistik göstəricilərə əsasən 1 uşaqlı ailələrin sayı 25 faizdən 33-ə yüksəlib. 4 və daha artıq övladı olan ailələr isə 9 faiz azalma müşahidə edilir. Düzdür, ümumi rəqəmlər əhalinin say baxımından artım tendensiyası göstərdiyini deməyə əsas verir. Lakin çoxuşaqlı ailələrin sayında azalma davam edir.

Əksəriyyət bunu maddiyatla əlaqləndirsə də ailələrdə uşaqların sayının az olmasının əsas səbəbi başqadır.

Şəhriyar Quliyev sosioloq: Biz əvvəl Avropada eşidirdiksə hamı yeməyi molda, restoranlarda yeyir, bu gün artıq bu Azərbaycana da gəlib. Artıq məişət birliyi pozulub. Evlərimiz bu gün böyüyüb, ancaq ailələrimiz kiçilib. Bunun əsas, ən ümdə səbəbi bu gün insanlarınızın əvvəllər qərbdən eşidirdik ki, insanarın qayğı çəkmək istəyindən azad olmasıdır. Insanlar hər şeyi asan istəyir. Belə bir düşüncə var ki, çoxuşaqlı ailənin çox da problemi var. Texnologiyanın inkişafı da buna təsir edir. Elə bir vəziyyət yaranıb ki, insanın içində daim yeniliyə, həyatlnı yüngülləşdirməyə bir həvəs texnologiyanın inkişafına gətirib çıxarır, bu da insnları qayğıdan azad edir.

Deyirlər ki, çox uşağı olan uduzmaz. Ancaq bəzən valideyinlər özlərini psixoloji baxımdan hazır hiss etmirlər buna. Düşünürlər ki, 2-ci və 3-cü uşağı olarsa onlara vaxt ayıra bilməyəcəklər.

Sona Davudova psixoloq: Tək ailədə yəni bacı, qardaş olmadan ailələrdə böyüyən uşaqlar müxtəlif problemlər deməzdik ancaq  gələcəyə doğru müəyyyən sıxıntılar ola bilir. Bu isə valideyinin yanaşmasından çox asılıdır. Biz həmişə tək övladı olan ailələrə, valideyinlərə onu tövsiyyə edirik ki, övladınıza tək uşaqmış kimi yox elə uşaq kimi davranın.

Uşaqların və çoxuşaqlı ailələrin sayının azalmasının bir sıra səbəbləri mövcud olsa da onların içərisində təbii ki, ailənin xərclərinin artması, xüsusilə də uşaqlara yönələn məsrəflərin çoxalmasından yan keçmək olmur. Burada dövlətin stimullaşdırıcı tədbirlərinin önəmi vurğulanır.

Məsim Abadov iqtisadçı: Azərbaycanda çoxuşaqlı ailələr üçün uşaq pulları nzıərdə tutulub. Məsələn 5 uşaqlı ailədə ən sonuncunun 1 yaşı olduqda hər uşağa 30 manat pul ayrılır. Bu da insanlarda maraq yaradır ki, çoxuşaqlı ailələr artsın. Bu sonda konkret Azərbaycanın həm iqtisadiyyatına təsir edən faktordur həm onun sosial durumuna, hərbi potensial gücünə, onun insan faktorun ahmsına təsi edən  faktordur. Azərbaycan öz əhali sayının artması üçün onun keyfiyyətli sağlam nəsil böyütməsi üçün bu sosial tərəfləri uşaqlara tərəf artırmalıdır.

Ötən ilin rəqəmlərinə görə Ölkəmizdə 5-dən çox uşağı olan ailələrin sayı 2500-ə yaxındır. Onların uşaqlarının sayı isə 10 mindən çoxdur. Belə ailələrə əlavə güzəştlər də tətbiq olunur. Müavinət hər bir uşağın 18 yaşı tamam olanadək ödənilir.