• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 22.09.2022 20:30

Sona çatan Laçın həsrəti, qayıdışa hazırlıq

KepezTV Player

Müzəffər ali baş komandan, prezident İlham Əliyevin Laçın şəhərinə səfəri laçınlıları hədsiz sevindirir. Dövlət başçısının Laçın sakinlərinin doğma şəhərə qayıdacaqları ilə bağlı açıqlaması isə yurd həsrətinin sona çatdığını bir daha təsdiqləyir.

İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Şəhərin vaxtı ilə 80-ci illərdə tərtib edilmiş baş planı vardır, bu indi təhlil edilir və əlavələr də ediləcək. Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, birinci qrup laçınlılar Laçın şəhərinə gələn ilin sonun kimi qayda bilərlər. Buna mən ümid edirəm və əlimdən gələni edəcəm ki, biz buna nail olaq.

Ali baş komandan İlham Əliyevin Laçından bəyan etdiyi qayıdış xəbərinə uşaqdan böyüyə bütün laşınlılar sevinir. Ələxsus da uşaqlığı, gəncliyi 30 il bundan öncəyə kimi laçınla bağlı olanlar indi xəyallarına qovuşurlar. Daha doğrusu şəhərlərinə qayıtmaq üçün səbirsizlənirlər.

Xanoğlan Hüseyinov  Laçın sakini: Doğrudan da Laçın şəhərinin onların nəzarətdə qalması mənim ürəyimdən tikan çıxmamışdı. Elə ki, Laçın şəhəri işğaldan azad edildi prezidentimiz üç rəngli bayrağımızı dalğalandırdı o tikan ürəyimdən çıxdı. Elə bil dünyanın ən xoşbəxt insan olduğumu hiss etdim.

Məhəmməd Mahmudov Laçın sakini: O torpaqlarda mən ömrümün 40 yaşını keçirmişəm. 30 ilini də burada keçirmişəm. Özümüzü qorumuqla, Allahın köməkliyi ilə də çalışmışıq ki, Laçına qayıdacağıq. Ö ümidlə də yaşamışıq və bu gün də o sevinci bölüşmüşük.

İsrafil Şükürov  Laçın sakini: Sevinirəm ki, həqiqətən öz vətənimizə, torpağımıza gedəcəyik. Şükürlər olsun ki, 30 ildən sonra torpaqlarımız azad edilibdir. Nə vaxt desələr ki, gedin həmin gün biz getməyə hazırıq. Gedək öz torpaqlarımızda vətənimizdə yaşıyaq.

Laçın Azərbaycan üçün böyük starteji əhəmiyyətə malikdir.Ermənistanla sərhəddə yerləşməsi bir yana, ərazisində olan yüksəkliklər qarşı tərəfi daim müşahidə altında saxlamağa imkan yaradır.

Şair Ramaldanov hərbi ekspert: Son düşmən təxribatı da ayın 12-dən 13-nə keçən gecə məhz Laçın rayonunda yerləşən bölmələrimiz həmin o strateji bölmələrin imkanlarından məharətlə istifadə edərək düşmənin bütün atəşə mövqelərini susdurmağa, darmadağın etməyə və çox saylı itkilərə məruz saldı. Yollara nəzarət edərək düşmənə gələn hərbi cəhətdən hərbi dəstəyində məharətlə ala bildi.

Laçın ərazisində erkən dövlətlərin tarixi də eradan əvvəl birinci min illiyin ortalarına gedib çıxır.  Müxtəlif dövrlərdə fərqli adlar daşıyan Laçın qədim tarixə malik abidələrlə də zəngindir. Laçın vasitəsilə həm də Qarabağ, Naxçıvan və digər bölgələrlə əlaqə yaranır.

Bəxtiyar Məhərrəmov  tarixçi: Laçın Zəngəzur kalidorunun tərkib hissəsidir. Azərbaycanı Naxçıvanla birləşdirəcək böyük bir ticarət yolunun, böyük bir infrasturukturun tərkib hissəsidir. Laçın Qarabağa gedən yolun tərkib hissəsidir. Laçın Azərbaycan üçün böyük strateji yoldur. Buna görə də prezidentin ora getməsi təbii hesab olunmalıdır. Bu təkcə Laçına görə deyil, Qarabağa görədir. Prezidentimiz o ərazilərin tikilməsinə, yenidən qurulmasına böyük yer, böyük əhəmiyyət verir.

Bütün sadalanan amillər Laçının əhəmiyyətini və laçınlıların doğma elinə qayıdışını şərtləndirir.

Elnur Vahidoğlu