• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 22.09.2022 19:14

Şuşanın "Cığır"dan "Zəfər yolu"na qədər uzanan məsafəsi

KepezTV Player

Gəncədə "Əməkdar mədəniyyət işçisi" Yunus Oğuzun “Cığır” tarixi romanının təqdimatı keçirilib. Yazıçı Şuşanın 270 illiyinə və 44 günlük müharibəyə həsr etdiyi kitabda Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilir. Obraz çoxluğu və zənginliyi ilə seçilən romanda bütün obrazlar, əsasən öz isimləri ilə adlandırılıb. Pənahəli xandan başlayan əsərin qəhrəmanları ilə yanaşı düşmən obrazları da yaddan çıxmayıb.

Yunus Oğuz yazıçı: "Cığır” tarixi romanı, cənab prezidentin yanvarın əvvəli imzaladığı sərəncam ilə,Şuşanın təkcə 44 günlük müharibədə deyil, həm də şəhər inşa olunandan, Pənahəli xanın vaxtından məhz bu cığırdan istifadə edilib. Əslində cığırın bir tərəfi var, bu gün o zəfər yoluna dönüb. Amma cığırın ikinci tərəfi odur ki, ümumiyyətlə Azərbaycanın getdiyi cığır həm də yeni bir yola çıxıb.