Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.09.2022 20:28
16 yaşlılardan qələbə
KepezTV Player
AFFA tərəfindən təşkil edilən 16 yaşlı futbolçulardan ibarət liqanın 2-ci turu çərçivəsində “Kəpəz”in müvafiq yaş qruplarından ibarət komandası doğma meydanda Neftçi İdman Klubu ilə üz-üzə gəlib. Qarşılaşma Gəncə şəhər stadionundakı sünii örtüklü meydanda baş tutub. Yaxşı oyun göstərən sarı-göylər qalib gəlməyi bacarıblar. Nizami yurdunun U-16 liqasındakı kollektivi rəqibi 4 cavabsız qolla üstələyərək evə əliboş yola salıb.
- Baxış: 639