• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 20.09.2022 10:53

Yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunublar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərəkdigər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Bundan başqa narkotik vasitənin təsiri altında avtomobil idarə edən Xəyal Muxtarov və Emil Əhmədov barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibatin qaydada həbs edilib.