• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 20.09.2022 10:45

Tovuzda tanışını güllələyən şəxs saxlanılıb

KepezTV Player

Tovuz Rayon Polis Şöbəsinə rayonun Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərovun sağ budunun 3/1-nin güllə yarası diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.Məlum olub ki, o, tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Ə.Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.