• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 20.09.2022 10:24

"Əsrin müqaviləsi"nin imzalanmasından 28 il ötür

Bu gün - 20 sentyabr Azərbaycanda Neftçilər Günü qeyd olunur. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və dünyanın aparıcı neft şirkətləri arasında imzalanmış "Əsrin müqaviləsi"ndən 28 il ötür."Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. "Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdəndir.