• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 19.09.2022 16:17

"Mənim şəhərim" proqramının növbəti buraxılışı Gəncəyə həsr edilib

KepezTV Player

Kürşad Tüzmen Haber Globalda yayımlanan Mənim Şəhərim adlı proqramının növbəti buraxılışını Gəncəyə həsr edib. Kürşad Tüzmen Gəncənin bir sıra tarixi yerlərini gəzərək Nizamı diyarını “mənim şəhərim” şüarı ilə tanıdır. Verilişdə Nizami yurdu tarixi, abidələri, mətbəxi və dəyərləri ilə tanıdılır. Proqramda Gəncənin 44 günlük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Cəbhə xəttindən 60 km uzaqda, hərbi obyektlərin yerləşmədiyi bir şəhərin Ermənistanın raket hücumuna necə məruz qaldığını dünyaya bir daha göstərmək üçün Kürşad Tüzmen həmin yerlərdə olub, sakinlərlə görüşərək müsahibələr alıb. 90 bölümü Türkiyə şəhərlərinə həsr edilmiş Mənim Şəhərim proqramında Azərbaycan şəhərləri silsilə göstəriləcək. Vaxtilə -  Türkiyənin 59 ve 60-cı dövlət naziri çalışmış Kürşad Tüzmen Azərbaycanın haqq savaşında hər zaman yanında olduğunu, ermənistanın təxribatlarına verdiyi cavabı dəstəklədiyini bildirib.